Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. 8 Noyabr prospekti, mərkəz istiqamətində;
4. Babək prospekti, mərkəz istiqamətində;
5. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində
7. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.